Yaponiya hökuməti birbaşa və Dünya Bankı vasitəsilə Ukraynaya 4,5 milyard dollar məbləğində yardım göstərəcək.

Bu barədə Yaponiyanın baş naziri Fumio Kisida G7 liderləri ilə onlayn danışıqlarda bildirib.

Qeyd olunub ki, vəsait Ukraynanın bərpası və yenidən qurulmasına, habelə humanitar yardıma xərclənəcək.

Bundan əlavə, Yaponiyanın baş naziri Kiyevə yardımı davam etdirmək və Moskvaya qarşı sanksiyaları saxlamaq öhdəliyini təkrarlayıb.

İstinadlar Report