Yaponiya Özünümüdafiə Qüvvələri çərşənbə günü konvertoplanın qəzaya uğramasının tam şəraiti aydınlaşana qədər öz sərəncamında olan “Osprey”lərin istifadəsini dayandırıb.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno növbəti mətbuat konfransında bildirib.

“Özünümüdafiə Qüvvələrinin “Osprey”inə gəlincə, onların istifadəsi hadisənin səbəbləri aydınlaşana qədər dayandırılıb”, – o qeyd edib.

Matsuno vurğulayıb ki, ABŞ “Osprey” hava gəmisinin qəzaya uğraması yerli sakinlər arasında həddindən artıq narahatlığa səbəb olub.

İstinadlar Report