Yaponiyanın ölkəmizdəki səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Bu barədə səfirlik məlumat yayıb.

“30 noyabr tarixində Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində çoxsaylı tələfat və qurbanların olması xəbərinə çox üzüldük. Dünyasını dəyişmiş şəxslərə rəhmət diləyərək, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmağını arzu edirik”, – başsağlığında qeyd edilir.

İstinadlar Qafqazinfo