“Ağdamda gördüklərimdən və Ağdam sakinlərinin danışdıqları xatirələrdən çox təsirləndim”.

Bunu “Report”a Yaponiyanın Azərbaycandakı səfiri Cüniçi Vada Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin erməni işğalından azad edilmiş Ağdam rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Səfir belə səfər təşkil etdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

“İndi – müharibədən sonra Ağdam dinamik dəyişikliklər yaşayır və nəhəng yenidənqurma layihələri yeni-yeni başlayır. İnanıram ki, yaxın gələcəkdə Ağdam da Hirosima kimi sülh və birgəyaşayış mərkəzinə çevriləcək”, – diplomat bildirib.

İstinadlar Report