Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin üç gəmisi bir neçə gündür Yaponiya sahillərində dövrə vurub.

Bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Çinin bölmələrinə idarə olunan raketləri olan iki eskadra mina gəmisi və bir təchizat gəmisi daxil olub. Onlar Miyako adasından 130 kilometr şimal-şərqə üzərək mübahisəli Şərqi Çin dənizinə daxil olublar. Eyni zamanda iyunun 12-dən 29-a kimi onlar kursu dəyişərək dənizin müxtəlif ərazilərində görünüblər.

Qeyd olunub ki, eskadra mina gəmiləri həm gəmi əleyhinə, həm də yer hədəfləri üçün ballistik və qanadlı raketlərlə silahlanıb.

Fürsətdən istifadə edərək Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri iki eskadra mina gəmisi və patrul helikopteri ilə təlimlər keçirib.

İstinadlar Report