Yaponiyaya məxsus Rükü adalarının sahilində 5,9 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına əsasən, zəlzələ Bakı vaxtı ilə saat 03:42-də təxminən 555 min əhalisi olan Kaqoşima şəhərindən 315 km cənubda qeydə alınıb.

Yeraltı təkanların ocağı 27 km dərinlikdə yerləşib.

İstinadlar Report