Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq edib.

Bunu Yaponiyanın Baş naziri Fumio Kişida deyib.

Yeni sanksiyalar paketinə daha 140-a yaxın fiziki şəxsin aktivlərinin dondurulması, Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı şirkətlərə qoyulan qadağalar, sanksiyalara məruz qalan Rusiya banklarının genişləndirilmiş siyahısı daxildir.

Baş nazir, həmçinin deyib ki, yaxın günlərdə sanksiyaların konkret siyahısının açıqlanacağı gözlənilir.

“Ukraynadakı durum Cənub-Şərqi Asiyada, Tayvanda təkrarlana bilər”, – Baş nazir əlavə edib.

İstinadlar Report