Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya təxminən 520 milyard yen (3,3 milyard dollar) ayırmaq niyyətindədir.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hazırda hökumət bu planın həyata keçirilməsi mexanizmləri üzərində işləyir. İlin sonuna qədər plan baş tuta bilər.

Sözügedən məbləğ “Yeddilik Qrupu” (G7) tərəfindən əvvəllər razılaşdırılmış ümumi yardımın təxminən 6%-ni təşkil edir.

İstinadlar Report