Yaponiya Rusiyadan olan 22 fiziki şəxs və 3 təşkilatın aktivlərini dondurduğunu açıqlayıb.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Sanksiyalara ədliyyə naziri Konstantin Çuyçenko, Baş nazirin birinci müavini Andrey Belousov, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova, Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova daxildir. Fevralın 3-dən Yaponiya Rusiyaya vaksinlərin və tibbi ləvazimatların, o cümlədən robotların, radioaktiv materialların, nüvə obyektləri, neft və təbii qaz kəşfiyyatı üçün avadanlıqların ixracını yasaqlayacaq.

İstinadlar Report