Yaponiya əcnəbi biznesmen və tələbələrin ölkəyə girişi üçün 1 aydan daha az müddətə davam edən yumşalmanı noyabrın 30-da ləğv edəcək və bütün ölkələrin vətəndaşlarına yeni vizaların verilməsini dayandıracaq.

Bu barədə ölkənin Baş naziri Fumio Kisida jurnalistlərə deyib.

O bildirib ki, müvəqqəti məhdudiyyətlər yeni ştamla bağlı vəziyyət aydınlaşanadək qüvvədə olacaq.

İstinadlar Report