Yaponiya hökuməti oktyabrın 11-dən koronavirusun yayılması ilə bağlı vəziyyətlə əlaqədar ölkəyə girişə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.

Bunu Baş nazir Fumio Kişida Nyu-Yorkda keçirdiyi mətbuat konfransında deyib.

Hökumət başçısı onu da bildirib ki, həmin gündən ölkədə daxili turizmi stimullaşdırmaq üçün müxtəlif kampaniyalar, o cümlədən müxtəlif əyləncə tədbirlərinə baş çəkmək üçün endirimlər nəzərdə tutulur.

İstinadlar Report