Yaponiya Çinə sanksiyalar tətbiq edə bilər.

Bunu Yaponiyanın Baş naziri Fumio Kişida İsveçrədə keçirilən G7 sammitinin yekunları üzrə bildirib.

Kişida deyib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Çinə qarşı yeni sanksiyalar tətbiq oluna bilər.

“Yaponiya üçüncü ölkələrdə, o cümlədən Çində yerləşən təşkilatlara qarşı yeni sanksiyalar paketinin tətbiqi imkanlarını öyrənir”, – Baş nazir qeyd edib.

Məhdudlaşdırıcı tədbirlər Moskvaya Qərb sanksiyalarından yan keçməyə kömək edən şirkətlər üçün təsiredici olmalıdır.

İstinadlar Report