Yaponiyanın Baş naziri Suga Yoşihide vətəndaşlardan üzr istəyib.Buna səbəb hakim Liberal Demokrat Partiyasının (LDP) Parlament Məsələləri Komitəsinin sədr müavini Tsun Matsumoto ölkədə tətbiq olunan fövqəladə vəziyyətə baxmayaraq gecə saatlarınadək əylənməsi olub.

Qeyd olunub ki, Matsumoto yanvarın 18-də Tokioda restoranda olub, daha sonra Ginza bölgəsindəki barda əyləncə təşkil edib. Vətəndaşlara hadisə barədə müraciət edən Baş nazir “Xalqdan evdə qalmalarını istədiyim vaxtda bunun baş verdiyinə görə çox kədərliyəm. Bununla əlaqədar lazımi tədbirlər görüləck”,- deyə bildirib.

Xatırladaq ki, fövqəladə vəziyyət paytaxt Tokio da daxil olmaqla 11 əyalətdə tətbiq olunur. Vətəndaşların vacib olmadığı halda evdən çıxmaları qadağan edilib. Restoranların fəaliyyəti saat 20:00-dan sonra dayandırılıb.

İstinadlar Qafqazinfo