Yaponiya Azərbaycanın Osaka şəhərində baş tutacaq “Expo-2025” sərgisində fəal iştirakını gözləyir.

Bu məsələ Azərbaycanın Tokiodakı səfiri Gürsel İsmayılzadənin xarici işlər üzrə dövlət naziri Hisayuki Fucii ilə görüşündə müzakirə olunub.

Söhbət zamanı tərəflər Cənubi Qafqaz regionundakı vəziyyət də daxil olmaqla beynəlxalq vəziyyəti, həmçinin beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir iki ölkə arasında dekarbonizasiya sahəsində əməkdaşlığa marağın artdığını qeyd edib, həmçinin 2024-cü il dekabrın 25-də baş vermiş AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib.

İstinadlar Report