
Yaponiyanın Kansay aeroportuna doğru hərəkət edən altı təyyarə reysi, hava limanının qapalı zonasında şübhəli şəxs olduğuna görə digər aerodromlara yönləndirilib.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Kansay hava limanının mühafizə olunan zonasına müdaxilə barədə məlumat alındıqdan sonra uçuş-enmə zolaqları təxminən bir saat bağlı qalıb. Bir müddət sonra şübhəli şəxs saxlanılıb, polis onu dindirib.