
Yaponiya ABŞ-dən münasib qiymətlərlə enerji resurslarının stabil tədarükündə maraqlıdır.
Bunu ölkənin Baş naziri Siqeru İsiba mayeləşdirilmiş təbii qazın (LNG) idxalının artırılması ilə bağlı ABŞ Prezidenti Donald Trampla danışıqların yekunu üzrə əldə olunan razılaşmanı şərh edərkən deyib.
“Alyaskada yeni yataq işlənilir. Təbii ki, boru xətti çəkilməlidir. Bununla belə, onun məsafə baxımından yaxın və təchizatın sabit olması vacibdir. Yaponiyanın enerji ilə özünü təmin etmə səviyyəsi gələcəkdə artacaq. Lakin bu, bir gecədə baş verməyəcək. Ona görə də təbii ki, münasib qiymətlərlə stabil tədarük ölkəmizin milli maraqlarına uyğundur”, – hökumət başçısı əlavə edib.