Tokio Universitetinin mühəndisləri tərəfindən akkumulyatorların istehsalı üçün təqdim edilmiş yeni texnologiya onların işləmə müddətini xeyli artırmağa və tutumunu yüksəltməyə imkan verəcək. Araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.Müasir qurğularda adətən litium-ion və ya natrium-ion akkumulyatorları istifadə edilir. Ancaq hər iki batareya vaxt ötdükcə əvvəlki tutumunu itirir.

İstənilən akkumulyatorun daxilində xüsusi metal material təbəqə mövcuddur. Daimi yüklənmələr bu təbəqələrin parçalanmasına və çatların yaranmasına səbəb olur ki, bu da akkumulyatorun şarj saxlamaq qabiliyyətini azaldır.

Ancaq professor Asuo Yamada öz komandası ilə birgə xüsusi bərpa olunan material yaratmağa müvəffəq olub.

Yeni materialı avtomobil, kardiostimulyator və smartfonlar daxil olmaqla istənilən texnika üçün batareyalarda tətbiq etmək olar.

İstinadlar ict news