
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Məlumata görə, tam siyahının bu gün ərzində açıqlanacağı gözlənilsə də, artıq bəzi deputatların yenidən YAP-ın siyahısında yer aldığı bəlli olub.
Belə ki, YAP 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən İmamverdi İsmayılovun namizədliyini irəli sürüb.
Bundan başqa, Cavanşir Paşazadənin 76 saylı Lənkəran-Masallı, Məşhur Məmmədovun isə Yardımlı-Masallı seçki dairəsindən namizədliyi irəli sürülüb.
***
Əldə etdiyimiz digər məlumata görə, 6-cı çağırış deputatlardan Tahir Mirkişili, Hicran Hüseynova, Eldar İbrahimov, Ağalar Vəliyevin də namizədliyi irəli sürülüb.