Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər edib.

Bu barədə partiyadan məlumat verilib.

Bildirilib ki, YAP nümayəndə heyəti Türkiyə Respublikası Prezidentinin himayədarlığı əsasında bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən “Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaq” mövzusunda keçirilən III Antalya Diplomatiya Forumunda iştirak edəcək.

İstinadlar Report