Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.
Səfər zamanı Çin Kommunist Partiyasının (ÇKP) nümayəndələri və bir sıra dövlət rəsmiləri ilə görüşlər, həmçinin “ÇKP-nin tarixi – Hubey Əyalətində Si Cinpinin yeni eranın Çin xüsusiyyətli sosializmi haqqında” rəsmi təqdimatda iştirak nəzərdə tutulub.
Səfər çərçivəsində YAP nümayəndə heyəti ÇKP-nin Muzeyini ziyarət edib.
Muzeylə tanışlıq zamanı Çinin və ÇKP-nin tarixi haqqında ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, muzeydə ölkənin və partiyanın tarixini əks etdirən müxtəlif eksponatlar toplanıb və qiymətli, nadir kolleksiya nümunələri, stendlər mövcuddur.
Daha sonra YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov xatirə kitabına təəssüratlarını və ürək sozlərini yazıb.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Eləcə də səfər çərçivəsində YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, nazir müavini Çyan Xunşan arasında görüş keçirilib.