Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasında təmsil edəcək namizədlərinin siyahısı müəyyənləşib. 

Hakim partiyanı təmsil edəcək namizədlər Məzahir Pənahov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Hüseyn Paşayev, Validə Kazımova və Rövzət Qasımovdur. Siyahıya yeni əlavə edilən şəxs Rövzət Qasımovdur.

Siyahıda ehtiyat namizəd kimi Hümbətov Sürəddin və Nailə Əsgərova da var.

Qeyd edək ki, namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasına göndəriləcək. Daha sonra isə siyahı təsdiq edilmək üçün Milli Məclisin plenar iclasında müzakirə ediləcək. 

İstinadlar Qafqazinfo