Fransanın yanmış Notr-Dam-De-Pari kilsəsinin fəzadan çəkilmiş ilk görüntüsü yayılıb.

Foto Avropa İttifaqının Yer kürəsinin monitorinqi üzrə “Kopernik” fəza proqramının “Twitter” mikrobloquna yerləşdirilib.

“Bizim “Kopernik” missiyasına öz töhfəsini vermiş “PlanetLabs” olan həmkarlarımız belə bir addım atıblar ki, biz bunu yanğından sonra ilk ictimai peyk şəkli hesab edirik”, — deyə məlumatda yazılıb.

Kilsədə yanğın aprelin 15-i axşam başlayıb. Onu 12 saatdan sonra söndürmək mümkün olub. Notr-Damın bərpası üçün sutka ərzində artıq bir milyard avro vəsait toplanıb.

İstinadlar Report