“Yango” onlayn taksi sifarişi servisi Azərbaycanda lisenziyalı avtomobillərin sürücülərini dəstəkləmək üçün yeni bonus proqramına start verib.

Artıq servisdə bonuslar lisenziyalı avtomobillərə veriləcək ki, bu da buraxılış kartı əldə etmiş sürücülər üçün əlavə üstünlük yaradır.

“Hesab edirik ki, taksi sürücüləri mütləq şəkildə avtomobilləri üçün lisenziya almalı, onlayn servislər isə buna fəal şəkildə şərait yaratmalıdır”, – servisdən bildirilib.

Bonus proqramı çərçivəsində lisenziyalı avtomobili olan sürücülər həftədə 150 AZN-dək, lisenziyalı brend avtomobili olan sürücülər isə həftədə 170 AZN-dək əlavə qazanc əldə edə biləcəklər. Bonus proqramında iştirak etmək üçün “Yango” tərəfdaşlarının sürücüləri “Yango” sürücü tətbiqi vasitəsilə lisenziyanın fotoşəkil yoxlanışından keçməlidirlər.

İstinadlar Report