2024-cü ilin birinci yarısında “Yandex” Rusiya hakimiyyət orqanlarından öz istifadəçilərinin şəxsi məlumatlarının açıqlanması ilə bağlı rekord sayda sorğunu təmin edib.

Belə ki, cari ilin ilk altı ayında “Yandex” dövlət orqanlarından istifadəçi məlumatlarının açıqlanması ilə bağlı 36 540 sorğu alıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur – ötən il 32 664 sorğu təqdim edilmişdi. 2024-cü ildə alınan müraciətlərin 80 %-ni və ya 29 379 sorğunu “Yandex” təmin edib. Ötən ilin birinci yarısında bu göstərici 77 % və ya 25 146 təmin edilmiş sorğu təşkil edirdi.

İstinadlar Report