Bərdə rayonunda (Bərdə – Yevlax avtomobil yolunun 5-ci kilometrliyi) yanacaqdoldurma məntəqəsinin ərazisində “КамАЗ” və “HOWO” markalı iki yük avtomobili toqquşub.

Bu haqda FHN məlumat yayıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “HOWO” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İstinadlar Qafqazinfo