ATƏT yurisdiksiyası çərçivəsində Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır.

Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündən sonra “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, Maltanın ATƏT-ə sədrliyi suverenliyə hörmət və ərazi bütövlüyü çərçivəsində davamlı sülhün bərqərar olması ilə bağlı konstruktiv danışıqları və səyləri dəstəkləməyə davam edəcək.

Y.Borq həmçinin vurğulayıb ki, ATƏT və Ermənistan arasında əməkdaşlıq məsələlərinin geniş spektri və Ermənistan-Malta parlamentlərarası əlaqələrinin yaxınlaşması müzakirə olunub.

İstinadlar Report