Yamaykanın Baş naziri Endryu Holness “Beril” qasırğasının tezliklə tüğyan edəcəyi ərazilərdə yaşayan sakinlərin təxliyəsini elan edib.

O, bu barədə “X” sosial şəbəkəsində yerləşdirilmiş videomüraciətində bildirib.

“Evakuasiya əmri daşqınlara, torpaq sürüşməsinə və ya dəniz kənarında, yarğanlarda və ya su hövzələrində olan ərazilərdə qüvvədədir. Bütün yamaykalıları evakuasiya bildirişlərinə əməl etməyə çağırırıq”, – o deyib.

“Atlantik okeanında əmələ gələn “Beril” əvvəllər Saffir – Simpson miqyasında beşinci, maksimum kateqoriyadan dördüncüyə qədər zəifləyib. Qasırğa Yamaykaya doğru irəliləməyə davam edir.

İstinadlar Report