Krımda yağan leysan yağışları səbəbindən Yaltanı su basması nəticəsində xəsarət alanların sayı 43-ə çatıb.

Məlumata görə, onlardan 6-sı hospitalizə edilib. İki nəfər itkin düşmüş hesab olunur, axtarışlar davam edir.

Daha əvvəlki xəbərlərə görə, təbii fəlakət nəticəsində bir nəfər həyatını itirib. Yaltada 13 hotel su altında qalıb, onların ikisindən turistlər təxliyə edilib. Çimərliklərin infrastrukturu sıradan çıxıb.

İstinadlar Qafqazinfo