Krımda yağan leysan yağışları səbəbindən Yaltanı su basması nəticəsində 11 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

Bu barədə TASS-a şəhər administrasiyasının rəhbəri Yanina Pavlenko bildirib.

O əlavə edib ki, 300-dən çox insan təxliyə edilib və müvəqqəti yaşayış məntəqələrində yerləşdirilib. Pavlenkonun sözlərinə görə, 70-dən çox ev su altında qalıb.

Sinoptiklər hava şəraitinin yalnız 21 iyunda tam normallaşacağını proqnoz verir.

İstinadlar Qafqazinfo