Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilib.

Tədbir Xalq artistinin Yasamal rayonu ərazisində yerləşən evində baş tutub.

Mərasimdə Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, əməkdar artist Mirnazim Əsədullayev və başqa mədəniyyət nümayəndələri iştirak edib.

Daha sonra Y.Rzazadənin nəşi torpağa tapşırılması üçün Lənkərana yola salınıb.

Qeyd edək ki, 74 yaşlı sənətkar ötən gün vəfat edib.






İstinadlar Qafqazinfo