Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev dünyasını dəyişib.

Bu Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 82 yaşlı rejissor bu gün vəfat edib.

Y. Əfəndiyevlə vida mərasimi bu gün 15:00-da Təzə Pir Məscidində keçiriləcək. Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri emalatxanasının bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.

Sənədli filmləriylə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi “Xatirələr sahili” filmidir.

İstinadlar Qafqazinfo