Hazırda dünyanın dörd bir yerində yaşayan azərbaycanlılar şanlı ordumuzun Qarabağda başlatdığı azadlıq mücadiləsinə müxtəlif formalarda dəstək verirlər.   

Rusiya Federasiyası Saxa (Yakutiya) Respublikası, Neryunqrin rayonunda fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti də Ordumuzun haqq mübarizəsinə öz dəstəyini ifadə edib.

Cəmiyyət Azərbaycan Silahlı Qüvvələrinə yardım fonduna 24 min AZN vəsait köçürüb.