Qərb bölgəsinin qeyri-sabit hava şəraiti səbəbindən fəsadlar yaranıb.

Qazax rayonunda yağışla müşahidə olunan güclü külək nəticəsində bir neçə ağac aşıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Yağıntılı və küləkli hava qonşu rayonlarda da müşahidə olunur. Ağstafada yaşayış binasının dam örtüyü dağılıb.

Gəncə şəhərində isə fərdi evlərdən birinin dam örtüyü dağılıb, bir neçə ağaclar aşıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hava şəraitinin törətdiyi digər fəsadlar aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırılır.

İstinadlar Report