Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Belə ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir-neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.
***
İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub.
Qeyd edilib ki, gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaşqaçay üzərində 2 aşırımlı və 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası aparılır.
Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.
Bakıda məşhurlaşan qurbağa əti – “Zəhərli maddələr çoxdur “+Video

Son illərdə dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə də maraq yaranıb.
Bu barədə İTV sujet hazırlayıb.
Bu heyvanın ətinin satışı ilə məşğul olan İlqar Nuriyev bildirib ki, qurbağa əti Azərbaycana xarici Asiya ölkələrindən dondurulmuş şəkildə idxal olunur.
Artıq restoranlarda da qurbağa əti menyunun adi hissəsinə çevrilib. İaşə obyektlərindən birinin meneceri Qurban Quliyev isə deyib ki, bu ət məhz toyuq ətinə bənzər təamdır: “Bu məhsula son dönəmlərdə tələbat çoxdur. Adi toyuq əti kimi yağda qızardılır”.
Bəzi paytaxt sakinləri isə bu qidadan iyrəndiyini deyərək ölkə üçün uyğun olmadığını vurğulayırlar.
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova isə qeyd edib ki, əgər bu məhsul düzgün şəraitdə saxlanılmasa, ziyandır: “Saxlanılma temperaturuna diqqət yetirilməlidir. Bununla yanaşı, məhsulun donu açılıb sonra yenə dondurularsa, onun tərkibindəki mikroorqanizmlər çoxalır, bu da zəhərlənməyə səbəb ola bilər”.
Həkim-terapevt Zakir Quliyev isə daha ciddi məqama diqqət çəkir: “Qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var. Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik olan zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər”.
Daha ətraflı videomaterialda:
Bakının mərkəzində də maşın kül oldu – Video

Bakının Səbail rayonunda “Audi” markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu yanıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Lökbatanda avtomobil yandı – Video

Bu gün paytaxtın Qaradağ rayonunda avtomobil yanıb.
Lökbatan qəsəbəsi ərazisində minivan tipli avtomobil alovlanıb.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib və alovun genişlənməsinin qarşısı alınıb.
Hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.
Yanğının görüntüləri təqdim edirik:
Şirvan əhalisinin su təchizatı yaxşılaşdırılır – Video

Şirvan şəhər əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı istiqamətində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəhərdə bir sıra işlər icra olunub.
Küçə və prospektlərdə qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb.
Şəhərin küçələrində cari il ərzində ümumilikdə 140 paqonometr, 501 paqonometr, 13.5 paqonometr və 274 paqonometr müxtəlif diametrli su xətləri təmir edilib.
Şəhər ərazisində 363 ədəd mexaniki su sayğacı, 5 ədəd müxtəlif diametrli yeni siyirtmə quraşdırılıb. Şəhərin Heydər Əliyev və Tofiq İsmayılov küçələrində məhəllədaxili kanalizasiya sistemində istismara yararsız olan xətlər, çoxmənzilli yaşayış binalarının zirzəmisində isə tullantı su boruları təmir edilib. Şəhər ərazisində baş vermiş tutulmalar və kanalizasiya xətləri iri həcmli xüsusi texnika və maşınlarla yuyularaq təmizlənib.
Bununla yanaşı, 63 nəzarət quyusu xüsusi maşınla çikrabdan təmizlənib, 1270 paqonometr kanalizasiya xətti yuyulub, yuyulma nəticəsində 76 kub metr çirkab su kənarlaşdırılıb. İçməli su xətlərində 598, kanalizasiya xətlərində 528 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb.
Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov cari ildə görülmüş işlər barədə məlumat verərək bildirib ki, şəhərdə əhalinin su ilə təminatı üçün Şirvan şəhər Sukanal İdarəsi tərtib olunmuş plan əsasında öz işlərini davam etdirir. Abonentlər şəhər ərazisindən keçən 1200 millimetrlik Şirvan-Muğan xəttindən ayrılmaqla 710 millimetrlik, 450 millimetrlik və 410 millimetrlik xətlərlə üç istiqamətdə içməli su ilə təmin olunur.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Şirvan şəhərində də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Layihəyə uyğun olaraq şəhərin müxtəlif küçələrini əhatə etməklə 606 paqonometr müxtəlif diametrli yeni su xətti, 2379 paqonometr müxtəlif diametrli yeni kanalizasiya xətləri çəkilib, 241 ədəd kanalizasiya baxış quyusu inşa edilib, 232 ədəd mexaniki su sayğacı quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 11083 kvadratmetri bərpa edilib.
Fərhad Hüseynovun sözlərinə görə, Şirvan şəhərində “2025-ci il Dövlət layihəsi” çərçivəsində su və kanalizasiya çəkilişi bir neçə küçədə başa çatıb. Məhəmməd Əsədov, Şirvan, Şəhidlər və Mehdi Hüseyn küçələrində işlər tamamlanıb. 580 sayğac quraşdırılaraq əhalinin istifadəsinə verilib.
Qeyd edək ki, abonentlərə göstərilən su və tullantı su xidmətlərinin dayanıqlılığını təmin etmək məqsədilə Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəbəkələrə daimi nəzarət həyata keçirilir.
FHN Gəncə məktəblərində tədbirlər keçirdi – Video

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının ümumtəhsil müəssisələrində silsilə mülki müdafiə tədbirləri keçirilib.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, təhsil müəssisələrinin kollektivinin iştirakı ilə silsilə tədbirlərin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması olub.
Tədbirlər zamanı mülki müdafiə və fövqəladə hallarla bağlı təhlükəsiz davranış qaydaları barədə müvafiq biliklərin verilməsi məqsədilə “açıq dərslər” keçirilib, həmçinin baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, yaranmış ekstremal vəziyyətin aradan qaldırılması əməliyyatı simulyasiya edilib.
Uğurla keçən tədbirlərdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb.
Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür – Video

Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aydır ki, gömrük rəsmiləşməsindən keçirilmir, mallar maşınlardan boşaldılmır.
Gəncə Gömrük İdarəsinin yaxınlığında, yük maşınlarında gözləyən tonlarla məhsulun xarab olması ciddi narahtlığa çevrilməyə başlayıb.
Uzun müddətdir həllini tapmayan problem TIR sürücüləri ilə yanaşı, ətraf ərazidə yaşayanlar üçün də ciddi naratlığa səbəb olub.
Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük ərazisinə gətirilən mallara dair bəyannamə 15 gündən gec olmayaraq verilməlidir:
“Misirdən 31 nəqliyyat vasitəsilə gətirilmiş ərzaqlıq kartof yüklərindən 29-u barədə qeyd olunan müddət keçməsinə baxmayaraq müvafiq gömrük bəyannamələri təqdim edilməyib. Yalnız 2 nəqliyyat vasitəsində gətirilmiş mallara dair gömrük bəyannamələri təqdim edilib, lakin qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişləri ödənilməyib. Bəyannamənin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin ödənişlərin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı idxalatçıya yazılı şəkildə bir neçə dəfə xəbərdarlıq göndərilib və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin nəqliyyat vasitələrinin sürücüləri ilə dəfələrlə müzakirələr aparılıb. Görülən bütün tədbirlərə baxmayaraq idxalatçı qanunvericiliyin tələblərinə riayət etməyib və bu səbəbdən malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmayıb”.
Mingəçevirdə evdə partlayış – Video

Mingəçevir şəhəri, 2-ci Günəşli döngəsi adlanan ərazidə fərdi yaşayış evində partlayış baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 88kv.m. olan birmərtəbəli dördotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, xəsarət alan olmayıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qaz pedalı ilə əyləci səhv saldı – Maşını “Araz”a girdi-Video

Bu gün Abşeron rayonu Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq “Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə daxil olub.
Qəza zamanı xəsarət alan olmasa da, marketə və maşına ciddi ziyan dəyib.
Qəzaya sürücünün qaz pedalı ilə əyləci səhv salması səbəb olub.
Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik – VİDEO

Cənubi Qafqazın ən iri polad istehsalçısı olan “Baku Steel Company” QSC (bundan sonra — BSC) ətraf mühitin mühafizəsi və ekoloji standartlara uyğunluğun təmin edilməsi istiqamətində daha bir mühüm addım ataraq, növbəti genişmiqyaslı layihəni uğurla başa çatdırıb.
BSC Elektrik poladəritmə sexində yaranan qazların tozdan və bərk hissəciklərdən təmizlənməsini və filtrasiyasını təmin edən, eləcə də tullantıların atmosferə atılmasının qarşısını alan Qaz-Toz Tutucu Qurğusunu (QTTQ) modernizasiya edib.
Layihə İsveçrənin “AS Metals Technologies” SA şirkəti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Texniki layihələndirmə mərhələsi bir ildən çox davam edib, montaj və sazlama işləri, bu cür irimiqyaslı layihəyə nəzərən istehsalatda mümkün minimum fasilələrlə, 2025-ci ilin əvvəlində uğurla tamamlanıb.
Kompleks modernizasiya işləri QTTQ-nin istismarını metallurgiya prosesinin müxtəlif mərhələlərində əhatə edir. Belə ki:
- Elektrik-qövs sobasında poladın əridilməsi. Poladəritmə sobasından və sobanın ətrafından tozun sovrulma intensivliyini artırmağa imkan verən ilkin qaz bacası xəttinə əlavə olaraq əsas və gücləndirici ventilyatorlar quraşdırılıb.
- Soba-çalov qurğusunda sobadankənar polad emalı. Qazların daha yaxşı tutulması üçün yeni çətir, qaz axınını artırmaq üçün əlavə gücləndirici ventilyatorlar, qaz axınının istiqamətinə nəzarəti təmin edən su soyutma sisteminə malik yeni mexanikləşdirilmiş çalov qapağı istismara verilib.
- Ümumi sex sahəsi. Sexin ümumi sahəsindən qeyri-mütəşəkkil tozu kənarlaşdırmaq üçün aerator quraşdırılıb və QTTQ-nin ümumi sisteminə qoşulub.
- Tullantıların filtrasiyası sistemi. Yaranan şlamların və tozların toplanması üçün filtrlərin (5000-ə qədər) və çənlərin sayı (16-ya qədər) artırılıb.
- Bundan əlavə, QTTQ-nin avtomatlaşdırılmış idarəetmə sistemi təkmilləşdirilib ki, bu da sistemin müxtəlif komponentlərinin işini optimallaşdırmağa və xaric olan qazların və tozun daha iri həcmdə təmizlənməsinə imkan verir.
Nəticədə, sexdə istehsalat heyətinin iş şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb; atmosferə atılan tozun miqdarı beynəlxalq ekoloji və texnoloji standartlara uyğun olan səviyyəyə qədər azaldılıb.
Eyni zamanda, tullantıların idarə edilməsi sahəsində beynəlxalq ISO standartlarına uyğun olaraq, QTTQ tərəfindən toplanan şlam və tozun bir hissəsi ayrı-ayrı material növləri üçün xammal kimi emala göndərilir. Bu yanaşma həm tullantıların azaldılmasına, həm də ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına kömək edir.
Layihə texniki səviyyəsinə və funksional imkanlarına görə regionda ilk nümunələrdən biri hesab olunur. Belə ki:
- Metallurgiya istehsalında yaranan qazların təmizlənməsi üçün qurğunun ümumi gücü təxminən iki dəfə – 930.000 m³/saatdan 1.700.000 m³/saatadək artırılıb.
- Quraşdırılmış metal konstruksiyaların ümumi ağırlığı 200 tona çatır.
- Layihəyə 100-ə yaxın insan cəlb edilib, onlardan 50 nəfəri podratçı olan kənar təşkilatların əməkdaşlarıdır (avadanlığın montajı mərhələsində 4 yerli podratçı şirkət iştirak edib). Layihə üzrə ümumi iş yükü təxminən 25.000 adam/saat təşkil edib.
BSC ətraf mühitə təsiri minimuma endirmək, tullantıların davamlı və səmərəli idarə olunmasını təmin etmək, eləcə də ekoloji qanunvericiliyin tələblərinə tam riayət etmək üçün daim istehsal proseslərini müasirləşdirir. Şirkət gələcəkdə də “yaşıl” təşəbbüslərlə ətraf mühitin mühafizəsinə töhfə verməyi və sənayenin dayanıqlı inkişafında liderliyini qorumağı hədəfləyir.
Prezidentin işgüzar səfərinin – Videosu

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.
Prezidentin səfərindən hazırlanmış videoçarx dövlət başçısının sosial şəbəkə hesablarında paylaşılıb.
Həmin videonu təqdim edirik:
“Nəvən olub, gözün aydın” – Ərdoğan Əliyevə (VİDEO)

Xəbər verdiyimiz kimi, bu gün bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilir.
Iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan görüşüblər və onlar arasında maraqlı dialoq baş tutub.
Ərdoğan İlham Əliyevə yaxınlaşaraq onu təbrik edib, nəvələrinin sayının 9-a çatdığını bildirib.
Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.
ilə Talıbzadə qeyri-rəsmi nikahda yaşayıb.
Maraqlıdır ki, Seyidrəsulun ilə necə ailə qurması heç kimə məlum deyil.
Ətraflı süjetdə:
“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.
Silsilə əməliyyatlar paytaxtda və bölgələrdə keçirilib.
Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video

Toğrul Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur.
O, 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir.
Bu, sadəcə bir gəncin uğur hekayəsi deyil – bu, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır.
Sən də yoluna peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt!
Qəbələdə ailə evsiz qaldı – Video

Qəbələ rayonu, Kürd kəndində ev yararsız hala düşüb.
Mənsur Əsədova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
Bakıda kişi 9 qaşığı niyə udub? – Video

9 ədəd qaşıq udan Bakı sakini Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış.
Kişi elə qaşıqları da orada olarkən udub.
“Özünün və psixiatriya xəstəxanasının personalının dediyinə görə, hadisə axşam yeməyi əsnasında baş verib. Mətbəxdə qaşıqların yerində olmadığını görən personal şübhələnib. Şübhə yaranmasına səbəb isə xəstənin əvvəllər də bu kimi hərəkətlər etməsi olub” , – Mətləb Bədəlovu əməliyyat edən həkim bildirib.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Həmçinin baxın
Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik – VİDEO
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO