Ermənistan Türkiyə ilə sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmağa hazırdır.
Rəsmi İrəvan Ankara ilə əlaqələri normallaşdırmağa tam hazırdır.
Bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan “CNN Türk”ə müsahibəsində deyib.
O bildirib ki, bu barədə qərar artıq qəbul olunub: “Hazırda Türkiyənin bu istiqamətdə hərəkətə keçməsini gözləyirik”.