Mayın 3-də özünü binadan atan 17 yaşlı Xumar Babayevanı xilas etmək istəyərkən ağır xəsarətlər alan şəxs xəstəxanadan evə buraxılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Zahid Niyazov özü məlumat verib.

38 yaşlı Z.Niyazov bildirib ki, artıq ev şəraitində müalicə olunur: “Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki,17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm və məyus oluram. Xumar balanın valideyinlərinə başsağlığı verirəm, məkanı cənnət olsun”.

Qeyd edək ki, X.Babayeva 245 nömrəli tam orta məktəbin şagirdi olub. Onun intiharı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza

İstinadlar Qafqazinfo