Xudat şəhərinin Nabran körpüsü adlanan ərazisindən keçən hissəsində iki avtomobil toqquşub, xəsarət alanlar var.

“VAZ-2107” markalı avtomobil hərəkətdə olan vaxtı “Niva” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri, 1987-ci il təvəllüdlü Babayev Pərvin Nadir oglu, 1979-cu il təvəllüdlü Rəşidov Natiq Əlisultan oglu və 1977-ci il təvəlludlü Rəşidov Vahid Əlisultan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

“VAZ-2107” markalı avtomobildə olan sürücü və sərnişinlər hamısı sipirtli içkinin təsiri altında olublar.

İstinadlar Report