Xorvatiyanın Baş naziri Andrey Plenkoviç administrasiya naziri Lovro Kuşçeviçin istefasını qəbul edib.

Bu, yerli KİV-də Kuşçeviçin torpaq sahələri və daşınmaz əmlakla bağlı qeyri-qanuni maxinasiyaları haqqında məlumatın dərc olunmasından sonra baş verib.

Qeyd olunur ki, hakim Xorvatiya Demokratik Birliyi Partiyası uzun sürən müşavirəsindən sonra Kuşçeviç həmçinin partiyanın siyasi müşaviri vəzifəsindən də gedib.

“KİV-də yazılanları nəzərə alaraq, Kuşçeviç tutduğu vəzifələri tərk edəcək və parlamentdəki işinə qayıdacaq. O, ardından mediada işıq üzü görən bütün anlaşılmazlıqları həll edəcək”, – baş nazir deyib.

İstinadlar Report