İnkişaf prosesində gələcək nəsillərin hüququnu da nəzərə almaq lazımdır.
Bunu İnkişaf və beynəlxalq münasibətlər institutunun xorvatiyalı nümayəndəsi Antun Dujmoviç Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.
Xorvatiyalı nümayəndə dayanıqlı inkişaf yolunda bütün ölkələrin səfərbər olmasına çağırış edərək vurğulayıb ki, dayanıqlı inkişaf nə qədər önəmlidirsə, inkişaf yolundan keçərkən verilən qərarlarla gələcək nəsillərin hüququnu da qorumaq o qədər önəmlidir.