Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç işğaldan azad edilən ərazilərdə bərpa işlərinin bu qədər sürətlə aparılmasından təsirləndiyini bildirib.
Bu barədə o, “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında danışıb.
Səfir deyib ki, bu onun Xankəndiyə ilk səfəri olsa da, ümumilikdə, Qarabağa 6-7 dəfə gəlib:
“Yəni Qarabağ bölgəsi ilə kifayət qədər tanışam. Buna baxmayaraq, bərpa işlərinin bu qədər sürətlə aparılmasından təsirləndim. Burada həmişə yeni bir şey görmək mümkündür və burada olmaq çox xoşdur. Amma Xankəndidə ilk dəfə olmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki bu şəhər işğal dövründəki əsas mərkəzi simvolizə edir”.
Diplomat əlavə edib ki, Xankəndi ona Xorvatiyada işğal olunmuş ərazilərinin “paytaxtı” sayılmış Knin şəhərini xatırladır: