Xorvatiya İsveç və Finlandiyanın NATO-ya daxil olmasına mane olmaq niyyətindədir.

Xorvatiya Prezidenti Zoran Milanoviç hər iki ölkənin NATO-ya daxil olmasına qəti şəkildə qarşı çıxıb. O, NATO-dakı səfirinə alyansın yeni potensial üzvlərinə qarşı çıxmaq üçün təlimatlar yazmağa hazır olduğunu bildirib.

“Onda mənə qalan Xorvatiya səfirinə (NATO yanındakı – red.) göstəriş yazmaq, onu yöndəmsiz vəziyyətə salmaqdır. Əgər o, sülh istəyirsə, mandatı qaytarsın”, – Milanoviç deyib.

Xorvatiya prezidenti vurğulayıb ki, NATO İsveç və Finlandiyanı qəbul etməzdən əvvəl Bosniya və Herseqovinada seçki qanunvericiliyində islahatların aparılması məsələsini həll etməlidir.

“Biz öz maraqlarımız üçün mübarizə aparmalıyıq”, – Milanovic deyib.