Xocavəndin Ağdam kəndindən videogörüntülər

Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini yayımlayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Ermənistanda etirazlar zamanı toqquşmalar oldu – Video

Ermənistanda Baş Prokurorluğun binası qarşısında polislə etirazçılar arasında toqquşmalar olub.
Etiazçıların prokurorluq binasına yumurta atmasından sonra vəziyyət ciddiləşib. Aksiyaçılara qarşı güc tətbiq edən polis onlardan bir neçəsini saxlayıb, bir nəfər polis əməkdaşı xəsarət alıb. Vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, Yerevanda keçirilən mitinqdə aksiyaçılar Sünik vilayətinin həbs olunan icma rəhbərlərinin azadlığa buraxılmasını tələb edirlər.
Cəbrayılın Şahvələdli kəndi – VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Şahvələdli kəndindən videogörüntülər yayıb.
“Report” görüntüləri təqdim edir:
Pərviz Abbasovla İmran Ağayev belə tutulub – Video

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi koronavirusa yoluxan xəstələrdən rüşvət almaqda ittiham edilən “Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevin saxlanılma anını əks etdirən görüntüləri yayıb.
“Qafqazinfo” həmin videonu təqdim edir:
Qeyd edək ki, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Tibb işçiləri bu görüntülərə görə işdən çıxarılıb – Video

Xəbər verdiyimiz kimi, ölkədə həyata keçirilən vaksinasiya prosesində yol verdiyi nöqsanlara görə daha 2 nəfər işdən çıxarılıb.
Bununla bağlı yayılan videodan aydın görünür ki, Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan tibb bacısı vətəndaşa peyvənd vurmur, digəri isə saxta sənəd yazır.
Xatırladaq ki, videoda görünən hər iki xəstəxana əməkdaşının əmək müqavilələrinə xitam verilib.
122 kiloqramdan artıq heroin aşkarlandı – Video

Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya alma yükü aparan İran vətəndaşı Nasiri Sadaghiani Peymanın idarə etdiyi “Scania” markalı “39AA901/39AA902” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin müxtəlif hissələrinə, eləcə də dartıcının kabinəsinə reaksiya verib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən müxtəlif rəngli 153 kapsula aşkar edilib.
Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun arxa hissəsinə, iki taylı qapısına da reaksiya verib. Bundan sonra yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində olan stasionar rentgen qurğusundan keçirilib.
Bu zaman qapıların hər iki divarının arasında yerləşən, qoşqunun temperaturunun tənzimlənməsi məqsədi ilə zavod konstruksiyasında nəzərdə tutulmuş penoplast kütləsinin çıxarıldığı və yerinə qapının hündürlüyü boyunca qara rəngli parçaya bükülən 12 ədəd bağlamada hər birində 17-21 ədəd olmaqla, ümumilikdə 240 ədəd yapışqanlı lentlə sarınmış, düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Baxış zamanı bağlamalarda 122 kq 480 qram açıq-qəhvəyi rəngli narkotik vasitə – heroinin qablaşdırıldığı məlum olub.
“Azərişıq” Suqovuşanda elektrik xətlərinin çəkilişini sürətləndirdi – Video

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə iki dövrəli 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri davam edir.
“Azərişıq” ASC işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir.
Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir.
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xəttlərə texniki xidmət xərci minumuma enir.
Suqovuşan qəsəbəsinin daxili şəbəsində isə 0.4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün material əraziyə göndərilib.
Zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur. Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.
Təlimlərdə əsas diqqət Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin operativ idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə yönəldilir.
Müxalifət Paşinyanın iqamətgahı qarşısında aksiya keçirir – Foto+Video

Ermənistanın müxalif “Vətənin qurtuluşu hərəkatı” və tərəfdarları Baş nazir Nikol Paşinyanın hökumət bağı qarşısında etiraz aksiyası keçirir.
Aksiya Paşinyanın Sünikə (Zəngəzur) səfərinə cavab olaraq təşkil edilib. Polis bağ evinin qarşısına toplaşanları oradan uzaqlaşdırmağa çalışır.
Qeyd edək ki, aksiyalar davam edərkən Paşinyanın korteji hökumət bağına gəlib. Müxalifətçilər onun avtomobilini görən kimi siqnal verərək etirazlarını bildiriblər. Bundan başqa etirazçılar asfalta yumurtalar atıblar.
Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı – Video

Sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə görüntüləri yayılıb.
Həmin görüntülərdə keçmiş deputat gənc xanıma qarşı biabırçı hərəkətlər edib. Bu, Mirələmovun onlayn tədbirə qoşulması zamanı baş verib.
Sözügedən görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə geniş yayılıb və 75 yaşlı deputatın bu hərəkəti müzakirələrə səbəb olub. Ahıl yaşda birinin gənc xanıma qarşı bu cür davranışı birmənalı qarşılanmayıb.
Belə ki, 30-dan artıq bədii və publisistik kitabın müəllifi olan yazıcı və professor tənqidlərə qonaq edilib. Bildirilib ki, onun bu davranışı müəllifi olduğu kitabların adı ilə eynidir – “Xəcalət”, “Utanc”, “Mənəviyyatın ekologiyası”…
Qeyd edək ki, H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2008-ci ildən isə YAP Xətai rayon təşkilatının sədridir. O, 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Sabiq deputat YAP-ın son qurultayında Veteranlar Şurasının üzvü seçilib.
Paşinyanın korteji yumurta atəşinə tutulub – Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik (Zəngəzur) vilayətinin Şurnuxu kəndinə səfəri zamanı avtomobil korteji yumurta atəşinə tutulub.
Görüntülər vilayətin televiziya kanallarının biri tərəfindən yayılıb. Rusiya sülhməramlılarının müşayiət etdiyi kortej kəndə daxil olarkən baş naziirn səfərinə etiraz olaraq avtomobillərə yumurtalar atılıb.
Qeyd edək ki, Paşinyan bu gün Qafanda keçirilən iclas zamanı güc strukturlarının rəhbərlərinə onun Mehri şəhərinə gəlməsinə qarşı keçirilən aksiyaların təşkilatçılarını müəyyənləşdirib cəzalandırmağı tapşırıb.
Hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib – VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilib. Səhra şəraitində təşkil edilmiş təlim yerlərində “Artilleriya divizonunun atış və atəşin idarə olunması”, “Motoatıcı briqadanın ikinci eşelon taborunun müdafiə rayonunu tutması” və “Komanda məntəqəsində döyüş işinin təşkili qaydası” mövzularında məşğələlər keçirilib, zirehli tank texnikalarından praktiki atışları nümayiş olunub.
Məşğələlərin sonunda zabitlərin rəhbəredici sənədlərdən və hərbi topoqrafiyadan nəzəri bilikləri yoxlanılıb.
Birləşmənin Təlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, məqbullar götürülən zaman hərbi hissə komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.
Ağdamın Baş Qərvənd kəndinin görüntüləri – VİDEO

Müdafiə Nazirliyi Ağdam rayonunun Baş Qərvənd kəndindən videogörüntülər yayıb.
“Report” görüntüləri təqdim edir:
Suqovuşan: Qələbəyə ilk addım – VİDEOREPORTAJ

Tərtər rayonunun Suqovuşan kəndi 2020-ci ilin oktyabrın 3-də erməni işğalından azad olunub və bu yaşayış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb.
“Caliber” layihəsi Müzəffər Azərbaycan ordusunun döyüş yolu haqqında ilk xüsusi buraxılışını məhz Suqovuşan uğrunda döyüşlərə həsr edib.
“Caliber” 2016-cı ildən sonrakı əməliyyat şəraitini təhlil edir, bu ərazinin azad edilməsi üçün aparılan hərbi əməliyyatın təfərrüatından bəhs edi
Şəkidə Aprel şəhidi anılıb – VİDEO

Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri 2016-cı ilin aprel ayında erməni terrorçuları tərəfindən intensiv artilleriya atəşinə tutuldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təxribatların qarşısını almaq və erməniləri geri oturtmaq üçün əks-hücum həmlələrinə başladı. Tarixə Aprel döyüşləri kimi yazılan 4 günlük döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.
2016-ci il aprel döyüşlərində şəhidlərimiz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Onların arasında Azərbaycan Ordusunun zabiti, baş-leytenant Elnur İskəndərov da var.
“Report”un Şimal-qərb bürosu şəhidin evindən reportaj hazırlayıb.
İskəndərov Elnur İskəndər oğlu 1989-cu ilin iyunun 1-də Şəki şəhərində anadan olub. 1995-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2006-cı ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirib.
Məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub və həmin məktəbi zabit kimi bitirib. 2010-cu ildən isə leytenant kimi ordu sıralarında xidmətə başlayıb.
Xidmət etdiyi illərdə döyüş yoldaşları arasınd mərdliyi, qorxmazlığı və hərbi biliyi ilə hörmət qazanan Elnur sayılıb-seçilən zabitlərdən olub. Baş-leytenant 2016-cı il aprel döyüşlərinə qatılıb. Döyüşlərin 3-cü günündə, aprel ayının 3-də Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Elnur İskəndərov aprelin 11-də Şəki şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Ömrünün 27-ci baharında vətəni uğrunda şəhid olan Elnur İskəndərovun uyuduğu torpaq hər zaman ziyarət edilir. Bu gün ölümünün 5-ci ildönümündə şəhidin məzarını ziyarətə gələn ailə üzvləri qürurlu olduqlarını, aprel şəhidlərini zəfər yolumuza açılan pəncərə kimi təsvir ediblər.
Qəhrəman zabitimiz özündən sonra vətənə bir oğul övladı, əsgər qoyub gedib. Balaca Elmar atası şəhid olarkən hələ 7 aylıq idi. İndi onun 5 yaşı tamam olub. Qoy düşmənlərimiz bilsin ki, bizim Elnur kimi oğullarımızın sayları çoxdur. Biri dünyadan köçər, mini doğular mərd igidlərin.
Qeyd edək ki, baş-leytenant Elnur İskəndərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib, yaşadığı küçəyə onun adı verilib.
Azərbaycanlı deputat AŞPA-da ermənilərə sərt reaksiya verib – Video

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov “erməni hərbi əsirləri, digər əsirlər və köçkünlər” adlı sərbəst debatlar zamanı erməni və ermənipərəst deputatların fikirlərinə sərt reaksiya verib.
Sözügüdən debatda çıxışı barədə məlumat verən K. Cəfərov bildirib ki, Assambleyanın belə bir məsələ ilə bağlı sərbəst debat aparmaq qərarı məyusluq doğurub: “Ancaq Assambleya bu müzakirəni birtərəfli aparanda daha çox məyusluq yaranır. Müzakirənin adına baxanda nə demək istədiyi aydın görünür. Bu Assambleya üzvlərinin şəklini göstərmək istəyirəm. Deputat Zohrabyan, bu sizsiniz? Mingəçevir su anbarını vurduğunuzu yazırdınız? Əgər belədirsə, bu terrorizmdir, Stefan Şennakdan soruşuram ki, buna aydınlıq gətirmək lazımdır, əgər bu doğrudursa, onda biz AŞPA-da terrorizmi dəstəkləyirik?
Hər zaman istənilən formatda mövqeyimizi qorumağa hazırıq. Bu Assambleya birinci Qarabağ müharibəsindən sonra 1 milyondan çox qaçqın və məcburi köçkünümüz olanda, Xocalı soyqırımı törədiləndə azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu, susdu. İndi daha aktual bir mövzu – azad olmuş ərazilərin minalardan təmizlənməsi barədə danışılmalı olmasına baxmayaraq, saxlanılan cinayətkarlardan bəhs edir”.
Deputat vurğulayıb ki, üçtərəfli bəyanat imzalanandan sonra Ermənistan tərəfindən yerləşdirilən minalara görə 20 mülki azərbaycanlı ölüb: “Bu müharibə cinayətidir. Ermənistan mina xəritələrini təhvil verməkdən imtina edir. Ermənistan nümayəndə heyətinin bu mövzunu sərbəst debata salmaq səyləri siyasi motiv daşıyır. Tezliklə Ermənistanda seçkilər olacaq. Erməni deputatlar əhaliyə hələ də faydalı olduqlarını göstərmək və ailələrin ağrılarından istifadə edərək kredit qazanmağa çalışırlar. Onlar şəxsi maraqları üçün bu platformadan sui-istifadə etməkdən çəkinməlidirlər. Bəzi səyləriniz qəsdən ola da bilər, olmaya da bilər, ancaq belə davranışlar Azərbaycan və Ermənistan arasındakı dövlətlərarası münasibətlərə zərbə vurur, kömək etmir. Erməni nümayəndə heyətinin çıxışlarını dinlədikdən sonra görürük ki, onlar sülhə deyil, revanşizmə hazırlaşırlar. Onlara ölkələrinə qayıdaraq, insanları sülhə hazırlamağı tövsiyə edirəm”.
İTV əməkdaşı koronavirusdan 3 ailə üzvünü itirib – Video

İctimai Televiziyanın operatoru Zaur Hüseynov koronavirus infeksiyası nəticəsində üç yaxınını –anasını, bacısını və bacısının həyat yoldaşını itirib.
Z. Hüseynovun sözlərinə görə, ailənin yoluxmasına səbəb bacısının COVID-19 xəstəsi ilə maskasız görüşməsidir: “Bacım blokda koronavirus xəstəsi ilə görüşüb. Həmin adam da maskasız olub, bacım da maska taxmayıb. Onunla da virusa yoluxub. Təcili tibbi yardım avtomobilində xəstəxanaya çata-çatda vəfat etdi… Bacımın həyat yoldaşı da astma xəstəsi idi, o da rəhmətə getdi. Biz bacımın ölməsini anamdan gizlədirdik, heç kim də ürək eləmirdi deməyə. Axır mən gedib anamı gətirdim və dedim ki, bacım artıq bizimlə yoxdur…”
Z. Hüseynovun sözlərinə görə, 14 gün keçəndən sonra anası da öskürməyə başlayıb.
“Dedik birdən sən də koronavirusa yoluxarsan. Tez özəl klinikada analiz verdik, koronavirus çıxdı, başladıq müalicəyə. Bir gün axşam gördüm ki, nəsə yaxşı nəfəs almır. Həmin gün gedib KT elətdirdik, məlum oldu ki, ciyərlərinin 50-60 faizi tutulub. Mən də yoluxmuşdum, məndə tutulma 5-10 faiz idi. Anamın saturasiyasını ölçdük, gördük 45-dir. Qandurulducu iynə vurdum, halı bir az düzəldi. Süni tənəffüs aparatına qoşdular. Aparatda 8 gün qaldı, çıxmadı…”
Z. Hüseynov şükür edir ki, onun yaxınları istifadə edə bilməsə də, artıq bu virusun vaksini tapılıb: “Mənim rəhmətə gedən bacım çox arzulayırdı ki, vaksin çıxsın, tez gedib vurdursun. Birinci növbədə maska kömək olur, maska taxmaq mütləqdir. Biz dua edirik ki, bu bəla dünyadan keçsin”.
Həmçinin baxın
“Azərişıq” Suqovuşanda elektrik xətlərinin çəkilişini sürətləndirdi – Video
Zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir – VİDEO
Hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib – VİDEO
Zəngəzurda Paşinyanın avtomobilinə hücum olub, mühafizəçisinin paltarı cırıldı – VİDEO
Ermənilərin Füzulidə viran qoyduqları daha bir kənddən görüntülər – VİDEO
Vətən müharibəsinə həsr olunmuş sənədli film beynəlxalq mükafata namizəddir – VİDEO
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla