Xocavənddə mina partlayışı baş verib.

Bu Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, bu gün Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

Hadisə ilə bağlı ANAMA tərəfindən araşdırma aparılır.

***

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə bu gün saat 11:00 radələrində baş verib:

“Xocavənd rayonu ərazisində yeni çəkilən Əhmədbəyli-Füzuli-Şuşa yolunda yolu çəkən şirkətin fəhləsi Rasif Kərimzadə yolun kənarında piyada əleyhinə minaya düşməsi nəticəsində mina partlayıb. R.Kərimzadə sol ayağından müxtəlif dərəcəli xəsarət alıb. Polis əməkdaşlarının köməyi ilə o dərhal xəstəxanaya çatdırılıb.

Hazırda o həkim müayinəsindədir. Həyatı üçün təhlükə yoxdur”.