Yanvarın 13-14 tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Xocavənd rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə müraciət daxil olub. 

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 121 ədəd partlamamış hərbi sursat (PHS), 19 ədəd piyada əleyhinə mina, 45 ədəd tank əleyhinə mina, 14 ədəd tank əleyhinə mina partladıcısı, 7 006 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd ov tüfəngi və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub. 

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 6 897 722 kv.m (690 ha) ərazi yoxlanılıb. 

Agentliyin partlayış qrupu tərəfindən 136 ədəd partlamamış hərbi sursat (PHS), 579 ədəd mina və 5 ədəd bombacıq zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 93 602 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

 





İstinadlar Qafqazinfo