Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uzun illərdir keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu gündən etibarən Berlinin bütün küçələrində Xocalı soyqırımına həsr olunmuş məlumat plakatları asılıb.

Plakatların böyük hissəsi Berlinin mərkəzi küçələrində quraşdırılıb, lakin şəhərin digər əraziləri də diqqətsiz qalmayıb. Beləliklə, Almaniya ictimaiyyətinə 29 il əvvəl Ermənistan ordusu tərəfindən törədilən dəhşətli cinayət yenidən xatırladılıb.

Kampaniyanın 3 martadək davam edəcəyi bildirilib.




İstinadlar Qafqazinfo