Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt avtomobil yolunun 7-ci km-də yerləşən 11 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər pəncərə çərçivələri və kondisionerlər yanıb.
Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib.
“Yanğının səbəbi araşdırılır. Əlavə məlumat veriləcək”, – DYMX əməkdaşı bildirib.