Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

“Report” Oxu.Hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində qeydə alınıb.

İlkin məlumata görə, partlayışa yaşayış kompleksindəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub və bina sakinləri təhlükəsiz əraziyə təxliyə ediliblər.

İstinadlar Report