Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ümumi sahəsi təqribən 250 m² olan sexdə baş verib. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

İstinadlar Qafqazinfo