“Azərişıq” əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Abşeron rayon Xırdalan şəhəri ərazisində qırılıb yerə düşmüş 0,4 KV-luq ÖİN xətt qısa zamanda bərpa edilib.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, hazırda ölkənin digər regionlarında olduğu kimi Abşeronda da elektrik enerjisi verilişi tam təmin edilib.

İstinadlar Report