Abşeron rayonu Xırdalan şəhərində avtomobil ana və övladını vurub.

Hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində (“Yaşıl” marketin qarşısında) baş verib.

“Toyota Prius” markalı, 77 DE 139 dövlət qeydiyyat nişanlı avtomobilin zərbəsi nəticəsində ana və övladı ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo